Sabiq erməni rəsmi: “İlham Əliyevin dediyi kimi, Ermənistana tanklarla yox, avtomobillərlə gələcəklər”

2026/05/1777701571.jpg
Oxunub: 437     16:58     06 May 2026    
“Bu gün bizim xidmətlər, ticarət və mənzil tikintisi ilə saxlanılan iqtisadiyyatımız var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Birliyin qanadları” partiyasının idarəetmə şurasının üzvü, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, iqtisad elmləri namizədi David Ananyan deyib.

Onun sözlərinə görə, Azərbaycan çox aydın və şəffaf şəkildə deyir ki, hansı məqsədləri var və 300 000 azərbaycanlını Ermənistanda məskunlaşdırmaq planı artıq neçə ildir mövcuddur.

“Yumşaq güc tətbiq etməklə, Ermənistanda 300 000-dən çox azərbaycanlının məskunlaşdırılması ilə Ermənistanı götürəcəklər və İlham Əliyevin dediyi kimi, Ermənistana tanklarla yox, avtomobillərlə gələcəklər. Azərbaycanda gizlətmirlər ki, Azərbaycan və Türkiyənin namizədi Nikol Paşinyandır”, - deyə Ananyan bildirib.

Ananyan vurğulayıb ki, Ermənistana gələn azərbaycanlılar ikili vətəndaş olacaqlar, Azərbaycan vətəndaşlığını saxlayaraq Ermənistan vətəndaşı olacaqlar.

“Əgər açıq hissə belə idisə, mən təsəvvür edirəm ki, Putin-Paşinyan görüşünün qapalı hissəsində necə söhbət olub. Mən belə sərt söhbət xatırlamıram. Söhbət mənim xoşuma gəlmədi, çünki ölkəmin rəhbərinin kim olmasından asılı olmayaraq, vətəndaş kimi bundan sıxıldım. Ölkənin rəhbəri büzülmüş halda olanda, deməməli olduğu şeyləri deyəndə, diplomatik dildə danışmayanda mən sıxılıram. Başqa məsələdir ki, o, yəni Paşinyan bu vəzifədə bu qədər qalmağa haqqı yox idi.

Rusiya prezidentinin Paşinyanın siyasətinin iqtisadi nəticələr formasında hansı nəticələr doğura biləcəyini təsvir etdiyi şeyləri biz artıq indi görürük: logistika problemləri, “Cermuk” və konyak qadağası, “Ozon” və “Wildberries” ilə problemlər və sair. İndi Ermənistan-Rusiya iqtisadi əlaqələri yalnız siyasi filtrasiyanın nəticəsi olaraq inkişaf edir və ya əksinə. Bizim siyasi və iqtisadi siyasətimiz Rusiyadan çox asılıdır, görürük ki, son 8 ildə bu, daha da dərinləşib, iqtisadiyyat diversifikasiyaya məruz qalmayıb. Əgər biz 2017-ci ildə Ermənistanın Avropa İttifaqı ilə imzaladığı CEPA-nı tətbiq edə bilsəydik, onun çərçivəsində iqtisadiyyatımızı standartlaşdırmaq olardımı? Əlbəttə, olardı. Rusiya ilə mal dövriyyəsi 38-40 faizdir və getdikcə artır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ananyan   Ermənistan  


Bizi "telegram"da izləyin