Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.
Onun sözlərinə görə, əslində Gümrü-Qars dəmir yolu məsələsi çoxtəbəqəlidir.
“Bununla belə, Türkiyənin qlobal səviyyədə prioritetlərini, yəni enerji, logistika, Mərkəzi Asiyaya qədər uzanan marşrutları da nəzərə almamaq olmaz, bunlar bir çox cəhətdən Azərbaycanla bağlıdır, buna görə də seçim qarşısında qalacağı halda, o, təkcə Bakının istəklərini deyil, mövcud reallıqları da nəzərə almağa məcbur olacaq. Və mən deyəndə ki, bu çoxtəbəqəli məsələdir, onu da nəzərdə tuturam ki, Gümrü-Qars dəmir yolunun bərpası Türkiyənin Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istiqamətində növbəti addımdır və bunun çərçivəsində Ermənistanı iqtisadi asılılığa salmaq məqsədləri də ola bilər”, - deyə Xaçatryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az