Ermənistan KİV-i: Yeni sorğu “Vətəndaş Müqaviləsi” partiyasında panika yaradıb

2026/04/1777551741.jpg
Oxunub: 464     11:57     07 May 2026    
“Gallup International Association” növbəti sorğunun nəticələrini açıqlayıb ki, bu da ən azı hakim qüvvəni ümidsiz vəziyyətə sala bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Yeni sorğu “Vətəndaş Müqaviləsi” partiyasında panika yaradıb” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, sorğunun nəticələrinə görə, respondentlərin 26,7%-i “Vətəndaş Müqaviləsi” partiyasına, 14,1%-i “Güclü Ermənistan”a, 8,2%-i “Hayastan” blokuna, 7,5%-i “Çiçəklənən Ermənistan” partiyasına, 4,2%-i “Birliyin qanadları”na, 3,1%-i “Demokratiya, hüquq və nizam-intizam” partiyasına səs verəcək.

“Respondentlərin 2,7%-i “İşıqlı Ermənistan”a, 2,3%-i Ermənistan “Şnorhapetakan” partiyasına, 1,9%-i “Yeni Güc” islahatçı partiyasına, 1,7%-i “Respublika” partiyasına, 1,1%-i isə Xristian-Demokrat partiyasına səs verməyə hazırdır. Digər qüvvələr isə bu sorğuda 1%-dən aşağı nəticə göstərib”, - deyə müəllif vurğulayıb.

Nəşr bildirib ki, sorğuya əsasən, dörd müxalif qüvvə parlamentə keçə bilər və faktiki olaraq parlamentdə birləşərək “Vətəndaş Müqaviləsi” partiyasını hakimiyyətdən uzaqlaşdıra bilər.

“Bu isə mövcud hakimiyyətin maraqlarına uyğun deyil və onlar bəzi müxalif qüvvələrin parlamentdən kənarda qalması üçün hər şeyi edirlər. İstisna deyil ki, bu sorğunun nəticələrindən sonra “Vətəndaş Müqaviləsi” partiyasında “Moldova ssenarisi” adlandırılan variant işə salınsın və bir və ya bir neçə müxalif qüvvənin seçkilərdə iştirakı qadağan edilsin.

Bu halda başqa bir təhlükə də yaranır. Respondentlərin 36,6%-i qəti şəkildə küçə mübarizəsində iştirak edəcəyini, 9,9%-i isə daha çox ehtimalla iştirak edəcəyini bildirib, yəni təxminən 45% küçə mübarizəsinə hazırdır. 10,2%-i daha çox ehtimalla iştirak etməyəcəyini, 39,1%-i isə qəti şəkildə iştirak etməyəcəyini bildirib. Bu isə göstərir ki, cəmiyyət küçə mübarizəsinə və bu yolla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa hazırdır, hətta sərt güc tətbiqi belə mövcud hakimiyyəti xilas edə bilməz”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sorğu  


Bizi "telegram"da izləyin