“Past”: Paşinyan etibarlı şəxsləri vasitəsilə Rusiya ilə əlaqələrdən gəlir əldə edir

2026/04/1777546581.jpg
Oxunub: 551     12:13     07 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan mütəmadi olaraq Rusiyanın təsirindən uzaqlaşmağın vacibliyini bəyan edir və Avropa İttifaqı, Türkiyə və Azərbaycanla münasibətlərin gücləndirilməsinə çağırır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, eyni zamanda, uzun illərdir həm Paşinyanın özü, həm də onun qohumları və ətrafı Rusiya ilə əlaqələrdən maliyyə faydası əldə etməyə davam edir.

“Ən yaxın şəxslərdən başlamaq lazımdır. Paşinyanın öz etirafına görə, onun doğma qardaşı Armen hələ 1990-cı illərdə Rusiyaya gedib. O, burada uzun illər yaşayıb və vətəndaşlıq alıb. Yeni vətənində Armen Vovayeviç Rusiya dövlət qurumlarında, yəni Krasnodar diyarı və Adıgey Respublikasının Rosselxoznadzor idarəsində, eləcə də avtomobil daşımaları ilə məşğul olan “Karqo-Yuq” MMC-də çalışıb. Qeyd olunur ki, Rusiya ilə əlaqələri olan bir çox siyasi rəqibini Nikol “KQB agentləri” adlandırır.

Bu məntiqə görə, onun doğma qardaşı da həmin kateqoriyaya daxil olur və xarici maraqlar naminə Ermənistanda dağıdıcı fəaliyyət göstərə bilər. Vaxt çatıb ki, milli təhlükəsizlik orqanları qohumun fəaliyyətini daha ətraflı araşdırsın, lakin təkcə onun yox, başqalarının da fəaliyyətini araşdırsın”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin