Hikmət Hacıyev: "İşğal dövründə aparılan tikinti işləri beynəlxalq hüquqa görə qeyri-qanunidir"

2025/12/1764577826.jpg
Oxunub: 230     17:09     01 May 2026    
Beynəlxalq hüquqa görə işğal dövründə işğal olunan ərazilərdə aparılan tikinti işləri qeyri-qanunidir.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, son dövrlərdə Ermənistanın bəzi dairələri Xankəndi və digər şəhərlərdə bərpa və quruculuq işləri ilə əlaqədar yanlış mövqe və provokativ addımlar atırlar:

"Qeyd etmək lazımdır ki, bu ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu çərçivədə işğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır. Beynəlxalq hüquqa görə işğal dövründə işğalçı tərəfin mülkiyyət hüquqlarının ziddinə olaraq işğal ərazilərində həyata keçirdiyi tikinti işləri qeyri-qanuni sayılır. Qanunsuz sayılan obyektlərin aradan qaldırılması ümumi şəhərsalma və urbanistika planlarına uyğunlaşdırılması zəruri şərtlərdən biridir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin