Ordu.az xəbər verir ki, bunu Fələstinin Azərbaycandakı səfiri Əhməd Metani diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Bu, çox ağrılı mövzudur - övladlarını, ata-analarını itirmiş ailələr üçün ağrılıdır. Onları tapmaq çox vacibdir", - səfir bildirib.
O qeyd edib ki, Fələstin də bu problemlə üzləşib.
"Biz də meyitlərin axtarışındayıq. Burada, əlbəttə, mülki şəxslərə hörmət edilməsini və bu insanların qaytarılmasını tələb edən beynəlxalq hüquq qüvvədə olmalıdır", - səfir deyib.
Ordu.az