Hikmət Hacıyev: "Avroparlamentin Azərbaycanla bağlı qətnaməsi diplomatik rüsvayçılıqdır"

2026/05/1777642859.jpg
Oxunub: 318     17:26     01 May 2026    
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini diplomatik rüsvayçılıq adlandırmaq olar.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O, Avropa Parlamenti tərəfindən belə bir siyasətin yürüdülməsinin təəssüf doğurdunu deyib.

"Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamentinin bu tip məsələlərə münasibət bildirməyinə mandatı da yoxdur".

Onun fikrincə bu Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl yaratmaqdır:

"Azərbaycanla Ermənistan arasında sülhün formalaşması istiqamətində iqtisadi addımların atıldığı bir dövrdə, Azərbaycanın baş nazirinin müavininin Ermənistana səfər etməsindən bir gün sonra belə bir qərarın olması ancaq diplomatik rüsvayçılıqdır".

H.Hacıyev deyib ki, onların bu addımlarını pozuculuq, provokasiya və regionu yenidən müharibəyə sürükləmək addımı kimi qiymətləndirmək olar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   Avroparlament   Azərbaycan  


Bizi "telegram"da izləyin