Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

2026/02/1770633442.jpg
Oxunub: 252     16:41     01 May 2026    
Azərbaycandan yanacaq tədarükü Ermənistanda benzinin bahalaşmasının qarşısını almağa imkan verib.

Ordu.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Əmək Gününə həsr olunmuş tədbirdə bəyan edib.

"Əksər ölkələrdə benzin qiymətləri bir neçə dəfə, Ermənistanda isə bir neçə faiz artıb. İcazə verin, bunun niyə belə olduğunu çox aydın və birbaşa izah edim. Əgər Azərbaycanın benzini və dizel yanacağı olmasaydı, bizim qiymətlərimiz indikindən bir neçə yüz dram daha yüksək olardı. Geosiyasi amillərin təsirinin daha az hiss olunması üçün şaxələndirməni maksimum qoruyub saxlamalıyıq", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin