Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblər

2026/05/ds12f-1777640631.jpg
Oxunub: 275     16:18     01 May 2026    
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblər.

Ordu.az xəbər verir ki, burada qonaqlar Qarabağ Universitetinin incəsənətlə bağlı fakültələrindən biri ilə tanış olublar.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura iki gün davam edəcək səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Diplomatik-korpus   Qarabağ  


Bizi "telegram"da izləyin