Prezidentin köməkçisi: "Azərbaycan regionda sülhün möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcək"

2026/05/1777638117.jpg
Oxunub: 354     15:44     01 May 2026    
Azərbaycan Ermənistanın QHT nümayəndələrini Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlərin həllində daha fəal iştirak etməyə çağırır.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

"Bu günə qədər Azərbaycanın təxminən 4 min vətəndaşının taleyi barədə məlumat yoxdur. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ilə son əlaqələrimiz zamanı mən həmçinin QHT-ləri və vətəndaş institutlarını bu səylərə qoşulmağa çağırdım ki, ailələri artıq 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən insanların talelərinə aydınlıq gətirilsin", - o deyib.

O qeyd edib ki, buna baxmayaraq, Azərbaycan regionda sülhü təmin etməyə, onu möhkəmləndirməyə və davamlı sülhə nail olmağa davam edəcək.

"Biz regionun bütün ölkələri ilə sülh münasibətlərinin qurulması prinsipindən çıxış edərək, həm Ermənistanla ikitərəfli səviyyədə, həm də digər qonşularla işləyərək regional məsuliyyətə, əməkdaşlığa və qarşılıqlı fəaliyyətə sadiqliyimizi təsdiq edəcəyik", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin