Hacıyev Qarabağ Universitetinin xarici ali məktəblərlə əməkdaşlığına çağırıb

2026/05/1777638060.jpg
Oxunub: 237     15:39     01 May 2026    
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusu Qarabağ Universitetinin xarici ali məktəblərlə əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən bildirib.

"Mən həmçinin diplomatik ictimaiyyəti bu ali məktəblə ölkələrinizin analoji təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına köməklik etməyə, bununla da gəncləri bilik mübadiləsi, təhsilin inkişafı və ən əsası sülh naminə birləşdirməyə çağırardım", - o qeyd edib.

H.Hacıyev vurğulayıb ki, regionda hazırkı sülh mərhələsi xüsusi əhəmiyyət kəsb edir.

"Bu gün hamımız beynəlxalq diplomatik ictimaiyyət olaraq səylərimizi sülh gündəliyinə yönəltməliyik", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin