Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç səfər çərçivəsində bildirib.
"Bu mənim ilk səfərimdir (Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – red.) və mən çox təsirlənmişəm, belə bir imkana görə minnətdaram. Düşünürəm ki, siz hamımıza, bütün diplomatik ictimaiyyətə tarixinizi öyrənmək, bütün əziyyətlər barədə məlumat əldə etmək və niyə sülhə can atdığınızı başa düşmək üçün yaxşı imkan yaradırsınız. Bu, mənim bütün həmkarlarım üçün çox müsbət bir təcrübə oldu", - o deyib.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndələri iştirak edir.
Səfərdə diplomatik korpus nümayəndələrini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Ordu.az