Bu barədə
Ordu.az-a Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda BMT Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmış məktublarda Səudiyyə Ərəbistanı Krallığına qarşı İranın hücumlarının izlənməsi və sənədləşdirilməsinin vacibliyi qeyd olunub.
Məlumatda deyilir ki, məktublarda İranın Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Qətər, Oman Sultanlığı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya qarşı hücumları pislənilib. Eyni zamanda Təhlükəsizlik Şurasında 136 dövlətin dəstəyini qazanan 2022-ci il tarixli 2817 saylı qətnamənin surəti öz əksini tapıb.
Sözügedən məktublarda qeyd olunur ki, 28 fevral-7 aprel 2026 aralığında İran Səudiyyə Ərəbistanı Krallığına hücumlar həyata keçirib. İran Səudiyyə Ərəbistanı Krallığını ballistik raketlər, “Kruz” raketləri və dronlarla hədəf alıb. İranın Səudiyyə Ərəbistanına hücumlarında 1131 dron və 140 ballistik və “Kruz” raketindən istifadə olunub. Bütün hücumlar enerji infrastrukturuna, neft obyektlərinə, hərbi obyektlərə və mülki obyektlərə, o cümlədən xarici səfirliklərin yerlərinə yönəlib. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində müəyyən edilmiş beynəlxalq norma və qanunlara ziddir.
Məktublarda İranın Səudiyyə Ərəbistanı Krallığının müxtəlif obyektlərinə dəyən xəsarətlərlə bağlı məlumatlar və fotoşəkillər əks olunub.
Ordu.az