Hikmət Hacıyev diplomatik korpusun Qarabağa səfəri ilə bağlı video paylaşıb

2026/04/1776440747.jpg
Oxunub: 290     12:54     01 May 2026    
Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfəri barədə video paylaşıb.

Ordu.az xəbər verir ki, Prezidentin köməkçisi özünün "X" sosial media hesabındakı paylaşımında yazıb:

"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı. Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad etdik".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   Qarabağ  


Bizi "telegram"da izləyin