“Zelenskini gətirirsən ki, nə edəsən? O, sülh gətirmir, müharibə gətirir” - Şarmazanov

2026/05/1777625118.jpg
Oxunub: 311     14:56     01 May 2026    
“Mən həm 2018-ci ildə, həm 2021-ci ildə, həm də 2026-cı ildə Ermənistan Respublikaçılar Partiyası olaraq seçkilərə qatılmağın tərəfdarı olmuşam, lakin partiyamız qərar qəbul edib və mən onu qəbul edirəm. İndi bu, vacib deyil, vacib olan Nikolun hakimiyyətdən uzaqlaşdırılmasıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

“Tərəzidə iki şey var: ölkəyə sahib olmaq, yoxsa Nikolun kreslosu. Mən ölkəni seçmişəm, Nikol isə kreslonu seçib, buna görə də vasitələrdə seçicilik olmayacaq. Aydındır ki, Nikolun əsəbi reaksiyalarının səbəbi vəziyyətin yaxşı olmadığını görməsidir, lakin müxalifət də arxayınlaşmamalıdır. Cəmiyyətlə daha açıq və ictimai işləmək, insanlara izah etmək lazımdır: ya 3-cü respublika olacaq, ya da türk vilayətinə çevriləcəyik”, - deyə o qeyd edib.

Şarmazanov bildirib ki, Paşinyanın konstitusion çoxluğu yoxdur.

“2021-ci ildə Nikol xalqı aldadırdı, deyirdi ki, “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) olacaq, Şuşanı “geri alacağam”, bu gün isə kilsəyə hücum edir, Qarabağı Azərbaycan hesab edir və Qarabağ məsələsini bağlayıb”, - deyə o qeyd edib.

Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü vurğulayıb ki, Paşinyan hamını aldada bilər, amma bunun nəticəsini xalq çəkəcək.

“O, Ermənistanı anti-Rusiya platformasına çevirir, bu, çox təhlükəlidir. Zelenskini gətirirsən ki, nə edəsən? O, sülh gətirmir, müharibə gətirir. Bu bizim münaqişə deyildi, niyə qarışırsan?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Ermənistan  


Bizi "telegram"da izləyin