Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Hansı erməni iş adamları azərbaycanlılarla görüşüb?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, görüşdə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev də iştirak edib.
“KİV-lər bildirir ki, görüşdə erməni iş adamları Samvel Aleksanyan, Sukiasyan ailəsinə məxsus “Ran Oil” şirkətinin direktoru Boris Hovhannisyan və digərləri iştirak ediblər.
Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi KİV-lərin Azərbaycanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistanda olması barədə məlumatlarını təsdiqləmişdi. “Azərbaycan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib”, - deyə mənbələr bildirmişdi.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir. Müvafiq olaraq, Mher Qriqoryan Ermənistanda analoji komissiyanın sədridir. KİV-lərin məlumatına görə, delimitasiya komissiyasının iclası da keçirilib.
Xatırladaq ki, hökumət 2026-cı il aprelin 30-u tarixli iclasında Hindistandan iri həcmdə camış əti idxalı üçün Samvel Aleksanyanın ailəsinə məxsus MEAT FOOD MMC-ni 270 milyon dram gömrük rüsumundan azad edib. Bu şirkət 2018-ci ildə təsis edilib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az