Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Dzen.ru” nəşri “Paşinyan üçün tələ: Avropa Ermənistan üçün hansı qazanı hazırlayır?” başlıqlı məqaləsində yazıb.
“Amma rəqəmlər, cənablar, inadkar şeylərdir, hətta siyasətçilər onlara məhəl qoymasalar belə. Ermənistanın Avrasiya İqtisadi Birliyi və Rusiya ilə göbək bağı tamamilə kəsiləndə erməni vətəndaşlarının hesablarında neçə sıfır qalacaq? Bununla yanaşı, ən xoşagəlməz sual da var: İrəvanda kimsə əmindirmi ki, ona Brüsselə daxil olmağa icazə verəcəklər?”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, məsələ mahiyyət etibarilə ritorikdir.
“Onilliklər boyu iqtisadi faktlarla deyil, emosional hekayələrlə qidalanmağa öyrəşmiş erməni cəmiyyətinin Avropa İttifaqı haqqında “cəfəngiyyatı” udmaq üçün bütün imkanları var. İqtisadiyyat ənənəvi olaraq erməni seçkilərində əsas amil olmayıb. Oxşar vəziyyət Moldovada, “xutorda” (Ukrayna nəzərdə tutulur-red.), Baltikyanı ölkələrdə də var. Bu, “Avropa seçimi”nin dünyəvi dinə çevrildiyi, tənqidi düşüncənin isə “Rusiya təhdidi” barədə ritorika ilə əvəzləndiyi hər yerdə belədir.
Amma bir nüans var. Ucuz Rusiya qazı ilə qızdırılan isti evdə oturub “Rusiyanın Qarabağda xəyanəti” mifinə inanmaq bir şeydir, həmin qaz təyyarə qanadı qədər bahalaşanda, zavod bağlananda, Moskvada işləyən oğul evə bir qəpiksiz və perspektivsiz qayıdanda “Avropa gələcəyi”nə inanmağa davam etmək isə tamam başqa şeydir”, - deyə nəşr yazıb.
Müəllif qeyd edib ki, ev təsərrüfatlarının gəlirləri onsuz da azalmış olduğu bir vaxtda daxili istehlakın 20 faizdən çox azalması sadəcə “iqtisadi tənəzzül” olmayacaq, bu, zəmanətli sosial sarsıntı olacaq.
“Məhz o zaman aydın olacaq ki, baş yalnız papaq taxmaq üçün deyil. O, Avropa inteqrasiyasının gözəl nağılı ilə sərt reallıq arasındakı fərqi başa düşmək üçündür. Həmin reallıqda Ermənistan əvvəlcə Avrasiya İqtisadi Birliyindən uzaqlaşdırılacaq, sonra isə Avropa İttifaqına qoşulmaq barədə sadəcə unudacaq. Amma o vaxt artıq gec olacaq”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az