“Past”: ABŞ-nin Türkiyədəki səfiri Ermənistan-Türkiyə görüşündən niyə ruhlanıb?

2026/04/1775807841.jpg
Oxunub: 370     16:44     01 May 2026    
Bir gün əvvəl Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması üzrə Ermənistan-Türkiyə birgə işçi qrupu keçirilmişdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “ABŞ-nin Türkiyədəki səfiri Ermənistan-Türkiyə görüşündən niyə ruhlanıb?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, bu hal ən çox Amerika strukturlarının ruhlanmasına səbəb olmuşdu.

“ABŞ-nin Ermənistandakı səfirliyi ruhlandırıcı bir bəyanat yayaraq qrupun görüşünü həddindən artıq müsbət qiymətləndirmişdi. Ən diqqətçəkən isə, əlbəttə, Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barrakın bəyanatı idi.

O, Ermənistan və Türkiyənin iki ölkənin iqtisadiyyatları və xalqları arasında əlaqələrin bərpasına yönəlmiş son addımlarını alqışlayıb. “Yeni Cənubi Qafqaz, qarşılıqlı əlaqəli və sülh içində olan bir Cənubi Qafqaz formalaşır. Bu, prezident Trampın regionda sabitlik və rifah barədə tapşırığına uyğundur”, - deyə ABŞ səfiri yazıb və erməni və türk rəsmilərin Qarsda görüşünü mühüm hadisə hesab edib. Son dövrdə belə görüşlər başqa müxtəlif səviyyələrdə yenə olub, lakin, görünür, ilk dəfədir ki, ABŞ belə səviyyədə bu cür görüşlərin təşkilini alqışlayır”, - deyə müəllif bildirib.

Nəşrin yazdığına görə, bu, sadəcə o mənanı verə bilər ki, Birləşmiş Ştatların özü Ermənistan-Türkiyə nizamlanması perspektivində prioritet şəkildə maraqlıdır.

“Bu isə təbii olaraq TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi ilə bağlıdır. İran müharibəsi fonunda müxtəlif ekspertlərin həmin layihənin gələcəyinin dumanlı olduğunu qeyd etməsinə baxmayaraq, Birləşmiş Ştatlar layihəni irəli aparmaq üçün hər şeyi edir və təbiidir ki, məhz onlar da bu cür görüşləri alqışlayırlar. Bu görüşün də ABŞ tərəfinin təşəbbüsü ilə təşkil olunması və həyata keçirilməsi istisna deyil”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin