“Keçmiş Baş Qərargah rəisi yaranmış reallıqlarda hərəkət etmək əvəzinə “bunker”də mövqelənməyə davam edir” - Abrahamyan

2026/05/1777618770.jpg
Oxunub: 346     17:59     01 May 2026    
“Onik Qasparyanın alovlu təklifindən 10 gün keçib. Hakimiyyət onu rədd edib, müxalif qüvvələr və jurnalistlər isə onun müzakirə mövzusunu, formatını ən azı müzakirəolunan hesab ediblər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, keçmiş Baş Qərargah rəisi yaranmış reallıqlarda hərəkət etmək əvəzinə “bunker”də mövqelənməyə davam edir, oyunu isə keçmişdə onun müşaviri olmuş bədnam bir şəxsə ötürüb.

“Daxildə və xaricdə çox şübhəli əlaqələri olan və hələ də kimin onu “paraşütlə” Baş Qərargaha endirdiyi və hərbi, dövlət sirrinin daşıyıcısına çevirdiyi aydın olmayan həmin şəxs sıravi yetişməmiş biridir. Onun işi müxalifət sahəsini və “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş hakimiyyəti”ni hədəfə almaqdır.

Faktiki olaraq, Qasparyan cəmiyyətlə və ya onun ayrı-ayrı qrupları, jurnalistlərlə deyil, hakimiyyətlə təmas axtarırdı. Hakimiyyətdən sərt rədd cavabı aldıqdan sonra isə susmağa davam edir.

P.S. Onik Qasparyan, xəbərdarlıq edirəm: əgər keçmiş müşavirin öz əxlaqsız davranışını davam etdirsə, güzgü effekti ilə cavabı, daha sərt leksika ilə, sən alacaqsan”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin