Ordu.az xəbər verir ki, rusiyalı türkşünas Viktor Nadeyin-Rayevski son inkişafları şərh edib.
O bildirib ki, görüş faktına və yayılan məhdud məlumata əsasən, həmin görüş zamanı hər hansı tarixi irəliləyiş qeydə alınmayıb. “Tərəflərin nə barədə razılığa gəldiyi aydın deyil”, - deyə Rayevski bildirib.
Onun sözlərinə görə, əgər irəliləyiş qeydə alınıbsa, bu barədə məlumatda hər hansı informasiya yer almalı idi.
“Bütün bunlar bu mərhələdə daha çox süni şəkildə şişirdilən nəticələri olan prosesə bənzəyir. Tarixi hadisə sərhədin açılması və ya diplomatik münasibətlərin bərpası olardı, lakin işçi qruplarının görüşü xüsusi nümayəndələrin görüşünə bənzəyir. Üstəlik, hansı məsələlərin müzakirə edildiyi, hansı irəliləyişin olduğu və bu prosesin ardınca nə gələcəyi aydın deyil. Xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilmiş razılaşmaların hansı gedişata malik olduğu da məlum deyil. Görüşlər var, lakin real irəliləyiş, razılaşmaların həyata keçirilməsi yoxdur, çünki Ermənistan və Azərbaycan hələ sənəd imzalamayıblar və erməni-türk real irəliləyişi də bununla şərtlənir”, - deyə Rayevski vurğulayıb.
Onun sözlərinə görə, prosesdə maraqlı olan tərəflər onun böyük temp və nəticələrlə irəlilədiyi təəssüratını yaratmağa çalışırlar.
“Bəs bunu niyə edirlər? Çünki oyunçu kimi real nəticələr təmin edə bilmirlər, nəticə göstərmək isə istəyirlər ki, regionda sülhün möhkəmləndiyi, sülh proseslərinin getdiyi təəssüratı yaransın”, - deyə analitik bildirib.
Alpər Mövludoğlu
Ordu.az