Hərbi qulluqçumuz 5-ci dəfə dünya çempionu adına layiq görülüb

2026/04/0d2c7-1777272861.jpg
Oxunub: 340     10:53     27 Aprel 2026    
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Heydərli Orxan Qorxmaz oğlu 24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, idmançımız kişilər arasında 84+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.

Yarışda iştirak edən müxtəlif ölkələrin güclü idmançıları arasında yüksək peşəkarlıq nümayiş etdirən Heydərli Orxan Qorxmaz oğlu final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Dünya-çempionu  


Bizi "telegram"da izləyin