Erməni ekspert: “Əgər milli yaddaş unudularsa, erməni diasporu da yox olacaq”

2026/04/1777097971.jpg
Oxunub: 491     17:58     25 Aprel 2026    
“Erməni xalqı nəhayət anlamalıdır ki, əsas ölkədə, yəni Ermənistanda yaşayanların sayı diasporla müqayisədə bir neçə dəfə azdır, diaspor isə milli dəyərlər və milli yaddaş sayəsində yaşayır və qorunur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Arxivinin keçmiş direktoru, erməni tarix elmləri doktoru Amatuni Virabyan deyib.

Onun sözlərinə görə, əgər milli yaddaş unudularsa, erməni diasporu da yox olacaq.

“Bunlar olmasa, diaspor da olmayacaq. Ermənistan erməni diasporunun qorunması barədə düşünməyə borcludur. Əks halda hakimiyyətin bu addımları diasporun mövcudluğunu dayandırmasına gətirib çıxaracaq”, - deyə Virabyan qeyd edib.

Bu gün, xüsusilə hakimiyyətin bunu çox da önəmsəmədiyi, üstəlik diasporun bir sıra tanınmış nümayəndələrinin Ermənistana girişinə qadağa qoyduğu şəraitdə diasporun mövcudluğu üçün təhlükənin böyük olub-olmaması barədə suala Virabyan belə cavab verib:

“Burada məsələ ondadır ki, hakimiyyət öz kreslosundan, hakimiyyətdən yapışıb. Onlar üçün diaspor vacib deyil. Onlar üçün vacib olan 29 min kvadrat kilometr ərazidə daim hakimiyyətdə qalmaq, hakimiyyətin verdiyi nemətlərdən zövq almaq və istifadə etməkdir. Ötən gün məşəlli yürüş zamanı Türkiyənin bayrağını yandırdılar, bundan dərhal sonra gec saatda bəyanat verdilər. Bir sözlə, vəziyyət kədərlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Virabyan  


Bizi "telegram"da izləyin