Livan ermənisi: “İsrail ordusu tərəfindən saxlanılan Patrik Bakaryan prezident mühafizə dəstəsində xidmət edirdi”

2026/04/1776856715.jpg
Oxunub: 431     15:16     22 Aprel 2026    
“Məlumatdan xəbərdarıq, lakin vəziyyətin təfərrüatları hələ aydın deyil, hər hansı dəqiq məlumat yoxdur, əlavə rəsmi açıqlamaları gözləyirik, həm şərait, həm də səbəblər məlum deyil”.

Ordu.az xəbər verir ki, bunu Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru Şahan Qantaharyan İsrail hərbçiləri tərəfindən Livan ordusunun hərbi qulluqçusu Patrik Bakaryanın saxlanılması barədə yayılan məlumata münasibət bildirərkən deyib.

Livanın “Al Markaziya” media qurumunun Baqaryanın sevgilisini ziyarət etmək üçün şəhərə gəldiyi və həmin vaxt saxlanıldığı barədə məlumatına gəlincə, Qantaharyan bildirib ki, onlar da bu informasiyadan xəbərdardırlar: “O, Zəhlə bölgəsindəndir, biz oradakı məsul şəxslərlə bu hadisənin hansı şəraitdə baş verdiyini dəqiqləşdirməyə çalışırıq. Ola bilsin, bir qədər də gözləmək lazımdır, yarımçıq və ya təsdiqlənməmiş məlumatlar əsasında heç nə dərc etmək istəmirik”.

O, həmçinin əlavə edib ki, Bakaryanın prezident mühafizə dəstəsində xidmət etməsi barədə məlumat var.

Daha əvvəl Ermənistan KİV-ləri yazmışdı ki, İsrail ordusu Cdeyde-Marceyun şəhərində Livan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Patrik Andranik Bakaryanı saxlayıb.

Məlumata görə, guya Bakaryan şəhərə sevgilisini ziyarət etmək üçün gəlibmiş. Hazırda onun azadlığa buraxılması istiqamətində səylər göstərilir. Hərbi mənbə təsdiqləyib ki, hərbi qulluqçu hələ üç gün əvvəl itkin düşmüş hesab olunurdu. Onun taleyini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Qantaharyan  


Bizi "telegram"da izləyin