Rusiya Ermənistanın dəmir yolu konsessiyasından imtina ilə bağlı bəyanatlarını “qəribə” hesab edir

2026/04/1776336994.jpg
Oxunub: 339     14:51     22 Aprel 2026    
“Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin idarəetmə konsessiyasından imtina edilməsinin zəruriliyi ilə bağlı İrəvanın bəyanatları qəribə görünür.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov TASS-a bildirib.

“Xüsusilə İrəvanın CQDY-nin idarə edilməsinin guya respublika üçün “rəqabət itkiləri” yaratdığı, eləcə də konsessiyanın üçüncü ölkələrə verilməsi ilə bağlı təklifləri qəribə səslənir”, - deyə Şevtsov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin