“Xoruz toyuğun dalınca düşəndə nə düşünür?” - Kəndli Paşinyana avrostandartlara çatmağı lətifə ilə izah etdi

2026/04/1776855413.jpg
Oxunub: 275     14:40     22 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın Araqatsotn vilayətinin yaşayış məntəqələrinə səfəri zamanı sakinlərdən biri ona lətifə ilə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Kəndli Paşinyana “Xoruz toyuğun dalınca düşəndə nə düşünür?” sualını verib.

Bu isə Paşinyanın gülüşünə səbəb olub. Baş nazir cavabında “Bilmirəm, amma senzuradan kənar söz deməyin” deyib.

Paşinyanı müşayiət edən şəxslər kəndlini susdurmağa çalışaraq “dərinə getmə” desələr də, o fikrini davam etdirib.

Kəndli bildirib: “Bir dəqiqə, xoruz deyir ki, tutdum-tutdum, tutmadım heç olmasa banlayacağam. İndi bizim halda da belədir, Avropa standartlarına çatdıq - çatdıq, çatmadıq - heç olmasa...”

Kəndliyə fikrini tamamlamağa imkan verilməyib, baş nazir isə gülməyə davam edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin