Trampın xüsusi nümayəndəsi: “Biz Azərbaycan və Ermənistan arasında bu sazişi 6 həftəyə bağladıq”

2026/04/1776853067.jpg
Oxunub: 344     14:15     22 Aprel 2026    
“Vaşinqton Azərbaycan və Ermənistan arasında bu sazişi 6 həftə ərzində bağlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof bildirib.

“Biz Azərbaycan və Ermənistan arasında bu sazişi 6 həftəyə bağladıq. Onlar 37 il müharibə aparırdılar, indi isə ən yaxşı dostdurlar. Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti İlham Əliyev yaxşı dostdurlar. Onları prezident Tramp birləşdirdi. Bu, diqqətəlayiqdir.

Bu saziş ən sadəsi idi və “New York Times” qəzeti bundan xəbərdar deyildi, ona görə də orada bu barədə pis nəsə deyə bilməzdilər”, - deyə Uitkof bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uitkof   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin