Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov TASS-a bildirib.
“Turizmin Ermənistan ÜDM-nin təxminən 13,5 faizini təmin etdiyini və sahədə rəsmi qeydiyyata alınmış işçi qüvvəsinin demək olar ki, dörddə birinin çalışdığını nəzərə alsaq, demək olar ki, bu, ölkənin iqtisadiyyatına və əhalisinə ağır zərbə vuracaq”, - deyə Şevtsov qeyd edib.
Şevtsov bildirib ki, anti-Rusiya sanksiyalarını dəstəkləmək Ermənistanın iqtisadi göstəricilərinə əlavə mənfi təsir göstərəcək.
“Xüsusilə nəqliyyat sahəsi zərər çəkəcək, çünki Ermənistanın yük dövriyyəsinin əsas hissəsi (AİB məlumatına görə, 80 faizə qədəri) Rusiyanın payına düşür.
Bundan əlavə, Aİ-yə üzvlük turizm və tranzit sərnişin axınlarını əhəmiyyətli dərəcədə dəyişəcək. Ermənistanın Turizm Komitəsinin 2025-ci il məlumatlarına görə, turistlərin demək olar ki, yarısı Rusiyadan (41 faiz) və İrandan (8 faiz) gəlir, rusiyalı turistlərdən əldə olunan illik gəlir isə 1 milyard dollara çatır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az