“The Wall Street Journal”: ABŞ Yaxın Şərqdə əlavə qüvvələr yerləşdirir

2025/04/1744358602.jpg
Oxunub: 471     00:29     11 Aprel 2026    
ABŞ qoşunları Yaxın Şərqdə mümkün əməliyyatlar üçün yerləşdirilməyə davam edir. Bu vaxt amerikalı və iranlı danışıqlar qrupları bu həftəsonu Pakistanda keçiriləcək danışıqlara hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Uçuşların izlənməsi məlumatlarına və ABŞ rəsmisinin açıqlamalarına görə, son vaxtlar qırıcılar və hücum təyyarələri Yaxın Şərqə çatıb. Bundan əlavə, rəsmi bildirib ki, ABŞ ordusunun elit 82-ci hava-desant diviziyasının 1500-2000 hərbçisi yaxın günlərdə bölgəyə gələ bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin