ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin tərkibi açıqlanıb

2026/04/1775879666.jpg
Oxunub: 587     04:06     11 Aprel 2026    
İranın danışıqlar üzrə nümayəndə heyəti İslam Məsləhət Şurasının sədri Məhəmməd Baqir Qalibafın rəhbərliyi ilə İslamabada gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquqi komitələrin nümayəndələri daxildir.

Əgər qarşı tərəf İranın danışıqlara başlamaq üçün irəli sürdüyü ilkin şərtləri qəbul edərsə, bu danışıqlar başlayacaq.

Bu səfər zamanı Qalibafı xarici işlər naziri Abbas Əraqçi, Ali Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan, Mərkəzi Bankın rəhbəri Əbdolnaser Himməti və bir neçə deputat müşayiət edir.

Qeyd olunur ki, İslamabadda olan İran nümayəndə heyəti təxminən 70 nəfərdən ibarətdir. Əsas danışıqlar aparan şəxslərlə yanaşı, nümayəndə heyətinə iqtisadi, təhlükəsizlik və siyasi sahələr üzrə texniki və ixtisaslaşmış komitələrin 26 üzvü də daxildir ki, bu da danışıqların həssas xarakteri nəzərə alınaraq zəruri məsləhətləşmələri təmin etmək məqsədi daşıyır.

Bundan əlavə, nümayəndə heyətinə 23 media nümayəndəsi də daxil edilib.

Qalan hissə isə protokol və koordinasiya qrupları, tərcüməçilər və təhlükəsizlik əməkdaşlarından ibarətdir.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin