KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər

2026/04/1775847392.jpg
Oxunub: 482     00:12     11 Aprel 2026    
Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Al Hadath" məlumat yayıb.

Telekanalın məlumatına görə, atəşkəs razılaşması şənbə günü, aprelin 11-də qüvvəyə minə bilər.

Qeyd olunur ki, atəşkəsin mümkün elanı ABŞ-nin vasitəçiliyi ilə aprelin 14-də Vaşinqtonda Livan və İsrail arasında münaqişənin nizamlanmasına dair planlaşdırılan ikitərəfli danışıqlar ərəfəsində xoşməramlı jest kimi nəzərdən keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin