Ordu.az xəbər verir ki, bu barədə “The Intercept” nəşri yazıb.
Məlumat bazasında amerikalı hərbçilərin 13 nəfər həlak olduğu göstərilib və onların adları sadalanıb. Lakin Pentaqonun hesabatında Nyu-York Milli Qvardiyasının rabitə zabiti mayor Sorflu Daviusun adı yoxdur. O, 42-ci piyada diviziyasının qərargahında xidmət edib və məlumatlara görə, 2026-cı il martın 6-da Küveytdə xidməti vəzifələrini yerinə yetirərkən qəfil xəstəlikdən ölüb.
“О, Küveytdə “Epik qəzəb” əməliyyatı çərçivəsində xidmət edərkən vəfat edib”, - deyə konqresmen Mayk Louler bildirib.
Hərbçilərin itkiləri ilə bağlı məlumatlar ciddi uyğunsuzluqlar ehtiva edir. Ötən həftə İranın hava məkanında ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsi vurulduqdan sonra bir neçə hərbçi yaralanıb, Hörmüz boğazı yaxınlığında isə A-10 “Warthog” hücum təyyarəsi qəzaya uğrayıb. Məsələn, şənbə axşamı xüsusi əməliyyat qüvvələrinin dəstəyi ilə keçirilən xilasetmə missiyası zamanı xilas edilən F-15-də olan Hərbi Hava Qüvvələrinin zabiti, prezident Donald Trampın sözlərinə görə, “güclü qanaxma keçirirdi” və “kifayət qədər ağır yaralanmışdı”. Lakin ABŞ Mərkəzi Komandanlığı bununla bağlı yenilənmiş məlumat təqdim etməyib.
Pentaqon yaralı hərbçilərin sayı ilə bağlı da ziddiyyətli məlumatlar yayıb. Hesabatlardan birində 372 yaralı hərbçi göstərilib ki, bu da CENTCOM-un “The Intercept”ə təqdim etdiyi məlumatdan 23% çoxdur. Başqa bir hesabatda isə döyüşdə yaralananların “ümumi sayı” daha az, 357 nəfər göstərilib.
Sevinc Əliyeva
Ordu.az