Əfqanıstanda silahlı şəxslər parkda istirahət edənlərə atəş açıb

2026/04/1775849318.jpg
Oxunub: 574     23:16     10 Aprel 2026    
Əfqanıstanın Herat vilayətində naməlum silahlı şəxslər motosikletlərlə İncıl rayonundakı parkda istirahət edənlərə atəş açaraq yeddi nəfəri öldürüblər.

Ordu.az xəbər verir ki, bu barədə “Ariana News” Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kaniyə istinadən məlumat yayıb.

Hadisə Qabarzun kəndində baş verib. Şahidlərin sözlərinə görə, hücum edənlər əvvəlcə kişiləri kütlədən ayırıb, onları qadınların və uşaqların gözü qarşısında öldürüblər. Qaçmağa çalışan qadınlar da həlak olub. Məlumata görə, ölənlər arasında uşaqlar da var.

Bildirilir ki, ölən və yaralanan şəxslər Seyid Məhəmməd Ağa adlı şiə ziyarətgahına gedən zəvvarlar olub və yerli parkda vaxt keçirirmişlər. Hücuma görə hələ heç bir qrup məsuliyyəti üzərinə götürməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Silahlı-şəxs  


Bizi "telegram"da izləyin