Pakistan ABŞ və İran arasında danışıqların tarixini açıqlayıb

2026/02/1770224103.jpg
Oxunub: 543     23:19     10 Aprel 2026    
Pakistan ABŞ və İran arasında danışıqların tarixini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, ABŞ və İranın danışıqlar aparan nümayəndə heyətləri aprelin 11-də görüşəcək.

Danışıqların məqsədi Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həllini tapmaqdır.

Daha əvvəl Al Hadath da İran və ABŞ arasında əsas danışıqların aprelin 11-də keçiriləcəyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərif   ABŞ   İran  


Bizi "telegram"da izləyin