İsrail ordusu çərşənbə günü zərbələrdə 180-dən çox “Hizbullah” üzvünü öldürdüyünü bildirib

2026/04/1775847250.jpg
Oxunub: 370     22:44     10 Aprel 2026    
İsrail ordusu bildirib ki, iki gün əvvəl Livanda həyata keçirdiyi hava zərbələri nəticəsində 180-dən çox “Hizbullah” üzvü öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“İlkin kəşfiyyat qiymətləndirməsinə əsasən müəyyən edilib ki, İsrail ordusu “Hizbullah”dan 180-dən çox döyüşçünü məhv edib. Sayma prosesi davam edir”, - deyə İsrail ordusu bildirib.

Bu arada Livanın səhiyyə nazirliyi bildirib ki, iki gün əvvəl ölkə üzrə həyata keçirilən İsrail zərbələri nəticəsində ölənlərin sayı əvvəlki 303 nəfərdən 357 nəfərə yüksəlib, 1 223 nəfər isə yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin