Kamala Harris ABŞ prezidenti vəzifəsinə yenidən namizəd ola biləcəyini bildirib

2026/04/1775846238.jpg
Oxunub: 410     22:35     10 Aprel 2026    
ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris yenidən prezidentliyə namizəd ola biləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

“Mümkündür, mən bunu düşünürəm. Mən ABŞ prezidenti olmağa bir addım qalmışdım. Bu işin nə tələb etdiyini bilirəm”, - deyə Harris bildirib.

O əlavə edib ki, mövcud vəziyyətin insanlara fayda vermədiyi getdikcə daha aydın görünür. “Amerika xalqı haqlıdır ki, prezidentliyə namizəd olmaq istəyən hər kəs yalnız özünü və şəxsi istəklərini düşünməməli, xalqın ehtiyaclarını nəzərə almalıdır”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harris   ABŞ  


Bizi "telegram"da izləyin