ABŞ İran ilə müharibədə itkilərini açıqlayıb

2026/03/1774860381.jpg
Oxunub: 595     22:30     10 Aprel 2026    
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İran əleyhinə “Epik qəzəb” əməliyyatının 40 günü ərzində 13 amerikalı hərbçi həlak olub, 381 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Military Times” yazır.

Əməliyyat zamanı yeddi hərbçi İranın atəşi nəticəsində həlak olub. Onların martın 1-də Səudiyyə Ərəbistanında İranın hava hücumu zamanı öldüyü ehtimal edilir.

Hərbi Hava Qüvvələrində həlak olan altı nəfər isə “döyüş əməliyyatları ilə əlaqəsi olmayan” kateqoriyasına aid edilib. KC-135 ləzzanav təyyarəsinin heyəti hava əməliyyatlarına dəstək verərkən həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İtki  


Bizi "telegram"da izləyin