ABŞ üçün əsas xətt dəyişmir: İran razılaşması fonunda “Tramp yolu” niyə önə çıxır?

2026/04/1775844454.jpg
Oxunub: 541     22:08     10 Aprel 2026    
Hələlik rəsmi şəkildə təsdiqlənməyən məlumata görə, aprelin 10-da Pakistanın paytaxtı İslamabadda İran-ABŞ vasitəçiliyi ilə danışıqlar başlayır. ABŞ nümayəndə heyətinə, ehtimal ki, vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə parlamentin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək. Bundan bir gün əvvəl Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub. Danışıq zamanı Ərdoğan Pezeşkianı məqamı qaçırmamağa və hərtərəfli nizamlanmaya nail olmağa çalışmağa çağırıb.

Lakin tərəflər arasında etimad o qədər aşağı səviyyədədir ki, İran hökumət təyyarəsinin Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları ilə müşayiət olunmasını tələb edib ki, nümayəndə heyəti təsadüfi raketin qurbanına çevrilməsin. Danışıqlar həqiqətən başlanarsa, texniki problemlərin necə tənzimlənəcəyi də məlum deyil. Pakistanın müdafiə naziri Məhəmməd Asifin sosial şəbəkədə İsraili “bəşəriyyətin lənəti” və “Fələstin torpaqları hesabına yaradılmış xərçəng dövləti” adlandırdığı paylaşımı müəyyən gərginlik yaradıb.

İsrailin xarici işlər naziri Saar bildirib ki, Pakistan “qərəzsiz vasitəçi ola bilməz, çünki onun müdafiə naziri yəhudi dövlətini məhv etmək niyyətindədir”. İsrail mənbələri qeyd edib ki, İran-ABŞ danışıqlarının başlanması ərəfəsində Pakistanın müdafiə naziri “antisemit paylaşımı silib”. Onlarda belə təəssürat yaranıb ki, bu, Vaşinqtonun tələbi ilə baş verib.

ABŞ mətbuatı qeyd edib ki, prezident Donald Tramp “atəşkəs razılaşmasının Livanda da tətbiq olunması təklifinə razılıq verib və telefon danışığı zamanı İsrailin baş naziri Netanyahuya Livan ilə atəşin dayandırılması barədə danışıqlara başlamağı “xahiş edib”. Bəzi ekspertlər ehtimal edirlər ki, İran “danışıqlar masasına artıq ilkin güclü mövqe ilə əyləşəcək”.

İranda və onun ətrafında vəziyyət fonunda ABŞ Dövlət Departamenti təsdiqləyib ki, “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsi Birləşmiş Ştatların prioritetlərindən biri olaraq qalır. Son dövrlər Türkiyə-ABŞ münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Bu, “Tramp yolu” layihəsinin həyata keçirilməsinə necə təsir göstərəcək? Bu mövzu İran-ABŞ arasında gələcək danışıqlarda yer alacaqmı?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin