ABŞ Prezidenti: "Danışıqlar - iranlıların hələ də sağ olmasının yeganə səbəbidir"

2026/03/1774281727.jpg
Oxunub: 475     20:42     10 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın əlindəki yeganə rıçaq Hörmüz boğazıdır.

Ordu.az xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

"Görünür, iranlılar anlamırlar ki, beynəlxalq su yolları vasitəsilə dünyanı qısamüddətli şantaj etməkdən başqa heç bir rıçaqları yoxdur. Onların bu gün sağ olmalarının yeganə səbəbi danışıqlar aparmalarıdır!", - Tramp yazıb.

Digər bir paylaşımında ABŞ lideri bildirib ki, İran KİV-dəki dezinformasiyanın və ictimaiyyətlə əlaqələrin öhdəsindən döyüşməkdən daha yaxşı gəlir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin