“Reuters”: ABŞ bu gün Rusiya neftinə tətbiq edilən sanksiyaların dayandırılmasını uzadacaq

2026/04/1775840070.jpg
Oxunub: 396     20:48     10 Aprel 2026    
Tramp administrasiyası çox güman ki, cümə günündən etibarən ölkələrə sanksiya altında olan Rusiya neftini və neft məhsullarını almağa verilən icazələri uzadacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bu addım İran ilə ABŞ-İsrail müharibəsi başlayandan sonra qlobal enerji daşıyıcılarının qiymətlərini nəzarətdə saxlamaq səylərinin bir hissəsidir.

BBC-nin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi martın ortalarından etibarən aprelin 11-də başa çatan 30 günlük icazə çərçivəsində Rusiya neftinin müəyyən növlərinin alınmasına icazə verib.

Yaxın Şərqdəki müharibə ilə əlaqədar Vaşinqton martın 12-dək artıq tanker gəmilərinə yüklənmiş Rusiya xam neftinin və neft məhsullarının satışına icazə verib.

ABŞ-nin maliyyə naziri Skott Bessent bir ay əvvəl bildirmişdi ki, “dar ixtisaslaşmış, qısamüddətli tədbir” Rusiyaya əhəmiyyətli fayda verməyəcək. Martın sonunda Baltik və Qara dənizdəki neft ixrac limanlarına Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumları artıb və bu həm neft tədarükünə, həm də Rusiyada neft hasilatına təsir göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin