Ordu.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsolaya ünvanlanmış məktubda bildirilir.
DW-nin yazdığına görə, məktubu Avropa Parlamentinin on deputatı imzalayıb. Məktubun müəllifləri Avropa Parlamentinin rəhbərliyini rusiyapərəst deputatların və onların köməkçilərinin məxfi məlumatlara çıxışını məhdudlaşdırmağa çağırırlar.
Məktubun yazılmasına səbəb Macarıstan hökuməti nümayəndələrinin Aİ Şurasının iclaslarında əldə edilən məxfi məlumatları Rusiya hakimiyyətinə ötürdüyünə dair xəbərlər olub. Avropa Parlamentinin deputatları hesab edirlər ki, Avropa Parlamentində də “oxşar risklər” mövcuddur.
“Müəyyən açıq-aşkar rusiyapərəst Avropa Parlamenti üzvlərinin və onların ofislərinin məxfi məlumatlara və rəsmi fəaliyyətə çıxışını məhdudlaşdırmaq üçün yollar tapmağı xahiş edirik”, - deyə məktubda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az