Britaniyalıların əksəriyyəti İranla müharibədən sonra ABŞ-ni dünyada mənfi qüvvə hesab etməyə başlayıb - SORĞU

2026/03/1774451433.jpg
Oxunub: 346     14:25     10 Aprel 2026    
Böyük Britaniya sakinlərinin 53 faizi hesab edir ki, ABŞ qlobal arenada mənfi rol oynayır. İranla müharibə başlamazdan əvvəl bu fikirdə olan britaniyalıların payı cəmi 35 faiz idi.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” “Public First” şirkətinin sorğusuna istinadən yazır.

Qlobal məsələlərdə ABŞ-nin müsbət rolu barədə respondentlərin təxminən üçdə biri, 29 faizi fikir bildirib ki, bu da 2025-ci ilin dekabrındakı 41 faizlə müqayisədə azalıb. Sorğuda iştirak edənlərin demək olar ki, üçdə ikisi hesab edir ki, Vaşinqton problemləri həll etmək əvəzinə yaradır. 57 faiz isə əmindir ki, ABŞ müttəfiqlərinə dəstək vermək əvəzinə onlara çağırış edir.

Etimad dinamikası da diqqətəlayiqdir. İranla müharibədən əvvəl britaniyalıların 44 faizi böhran zamanı ABŞ-yə güvənməyə hazır idi, hazırda isə 49 faiz bunu mümkün hesab etmir.

“Nəticədə cəmi beş ay ərzində britaniya cəmiyyəti ən mühüm müttəfiqinə inamını tam itirib, halbuki dünya görünməmiş qeyri-sabitlik yaşayır”, - deyə nəşr “Public First”in rəhbəri Seb Reyd-ə istinadən yazıb.

Sorğu aprelin 3-dən 7-dək Böyük Britaniyada təxminən 2000 nəfər arasında keçirilib. Səhv payı 2 faiz bəndindən çox deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin