Ordu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Qapalı görüşdən əvvəl Tramp, NATO üzvlərinin onun İran əleyhinə müharibəyə qoşulmaq çağırışına məhəl qoymamasından sonra transatlantik alyansdan çıxmağı düşündüyünə eyham vurub.
Görüşdən sonra Rütte bildirib ki, ABŞ Prezidenti öz məyusluğunu açıq şəkildə ifadə edib. NATO-nun baş katibi deyib ki, o, Trampa xatırladıb ki, “Avropa ölkələrinin böyük əksəriyyəti bazalar, logistika və uçuşlar təqdim etməklə yardım göstərib”.
O, həmçinin qeyd edib ki, “Avropada İranın nüvə və ballistik raket imkanlarının zəiflədilməsinin həqiqətən vacib olduğu və hazırda bunu yalnız ABŞ-nin edə biləcəyi barədə fikir geniş yayılıb”.
Sevinc Əliyeva
Ordu.az