Danimarka Qrenlandiyada aerodromları sıradan çıxarma planı hazırlayıb

2026/01/1769016413.jpg
Oxunub: 345     05:58     06 Aprel 2026    
Danimarka ordusu ABŞ-nin adanı ələ keçirməyə cəhd etməsi halında Qrenlandiyadakı aerodromların uçuş-enmə zolaqlarını sıradan çıxarmaq üçün təxribat planı hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "National Interest" nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, plan çox sayda qoşunun desant çıxarılması prosesini çətinləşdirmək, potensial ABŞ hərbi əməliyyatının dəyərini artırmaq və əhəmiyyətli psixoloji təsir göstərmək məqsədi daşıyır.

Bildirilib ki, aprelin 1-də Pentaqonun Qrenlandiyadakı üç hərbi bazaya giriş üçün Danimarka ilə danışıqlar apardığı da qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qrenlandiya  


Bizi "telegram"da izləyin