Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Nəşrin vurğuladığına görə, ABŞ Prezidentinin paylaşımı 36 saatlıq dramatik hadisələrin sonunu simvolizə edib və bu hadisələr “ABŞ hərbi tarixinin salnaməsinə düşəcək”.
Britaniya qəzetinin yazdığına görə, bu əməliyyat cümə günü İran səmasında Amerika F-15E “Strike Eagle” qırıcısının vurulmasından sonra “İranı potensial mühüm təbliğat qələbəsindən məhrum edib”.
“Pilot demək olar ki, dərhal xilas edilmişdi, lakin silah operatoru itkin düşmüşdü. Bunun ardınca polkovniki geri qaytarmaq üçün ABŞ və İran arasında həyatla ölüm savaşı baş verdi. Təhlükə altında yalnız pilotun və onu xilas etmək üçün hər şeyi riskə atan onlarla xüsusi təyinatlının həyatı deyil, həm də hərbçilərin nüfuzu idi”, - deyə “The Telegraph” yazır.
Nəşrin məlumatına görə, xilasetmə əməliyyatının yerindən olan videogörüntü göstərir ki, pilot katapult kreslosunun sarı yan qolu çəkildikdən sonra İranın cənubundakı quraq dağlıq ərazidə gizlənib.
“Möhkəm raket yanacağı CKU-5-dən istifadə edən və təyyarənin gövdəsini saniyədə 200 metr sürətlə yaran katapult sistemi indiyə qədər yaradılmış ən mürəkkəb sistemlərdən biridir, lakin onurğa sınıqları və digər xəsarətlərin yüksək ehtimalı ilə müşayiət olunur”, - deyə nəşr izah edir.
Düşmən ərazisində katapult edən pilotlara gizlənmək və yaxşı hazırlanmış axtarış-xilasetmə qruplarından kömək gözləmək tapşırılır.
Onun yalnız tapançası var idi və hər şey ABŞ xüsusi təyinatlılarının İran qoşunları çatmazdan əvvəl onu çıxara bilib-bilməyəcəyindən asılı idi. Onda radiostansiya və başqa rabitə cihazı vardı, lakin o, radiostansiya sərbəst istifadə edə bilmirdi, çünki İran qüvvələri onu aşkarlaya bilərdi.
İran zabiti tapana mükafat vəd etmişdi və cümə günü sosial şəbəkələrdə onlarla yerlinin kənd ərazilərində axtarış apardığını göstərən video yayılmışdı. İki pilotdan birincisini - pilotun özünü cümə günü təxliyə edən helikopterlər yerüstü atəşə tutulub və görüntülərdə iki helikopterdən birinin arxadan tüstü buraxaraq İrandan İraqa uçduğu görünürdü. Belə vəziyyətdə ikinci pilotun təxliyəsi iflas həddinə çatmışdı.
“Bu, əsl saman tayasında iynə axtarmaq idi, amma bu halda söhbət dağların arasında gizlənmiş cəsur Amerika ruhundan gedirdi və əgər Mərkəzi Kəşfiyyat İdarəsinin imkanları olmasaydı, onu görmək mümkün olmazdı”, - deyə rəsmilərdən biri “Axios”a bildirib.
“The Wall Street Journal” yazıb ki, yaralı polkovnik son dəqiqələrdə gizləndiyi yerdən çıxaraq “xilasetmə qrupuna doğru cəsarətli addım atıb” və bu qrup “dəniz pişikləri”nin 6-cı dəstəsindən olub.
“The Telegraph”ın məlumatına görə, yaralı amerikalı zabit dəniz səviyyəsindən 7000 fut yüksəklikdə yerləşən dağ silsiləsinə qalxıb, bu zaman ABŞ qüvvələri yaxınlaşan İran kolonlarına bomba atır və atəş açırdı.
Nəşrin məlumatına görə, xilasetmə əməliyyatının özündə xüsusi MC-130J təyyarələri ilə improvizə olunmuş uçuş zolağına gəlmiş yüzlərlə xüsusi təyinatlı iştirak edib. Bu vaxt MQ-9 “Reaper” pilotsuz uçuş aparatları və reaktiv təyyarələr hava örtüyü təmin edib, “üç kilometrlik radiusda təhlükə hesab edilən çağırış yaşında olan bütün kişilərə zərbələr endiriblər”.
Təxliyənin son mərhələsi MKİ pilotun olduğu yeri dəqiq müəyyən etdikdən və iranlıları onun artıq başqa yerdə olduğuna inandırmaq üçün “saxta əməliyyat” həyata keçirdikdən sonra başlayıb.
Hiylə işə yarayıb, lakin son dram o zaman yaşanıb ki, hər biri 100 milyon dollar dəyərində olan iki MC-130J təyyarəsi improvizə olunmuş uçuş zolağında ilişib qalıb və düşmən əlinə keçməsin deyə ABŞ qüvvələri tərəfindən məhv edilib.
“The New York Times”ın yazdığına görə, son saatlarda pilotu və hərbçiləri çıxarmaq üçün daha üç yeni təyyarə gətirmək məcburiyyətində qalıblar.
Məlumata görə, pilot Küveyt xəstəxanasında sağalır.
Sevinc Əliyeva
Ordu.az