BƏƏ “Hörmüz boğazının təhlükəsizliyini təmin etmək” üçün ABŞ-yə qoşulmağa hazır olduğunu bildirib

2026/04/1775027745.jpg
Oxunub: 477     20:55     05 Aprel 2026    
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş bəyan edib ki, Körfəz ölkəsi “Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə” yönəlmiş ABŞ rəhbərliyindəki beynəlxalq səylərə qoşulmağa hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Qarqaş telekanala verdiyi açıqlamada həmçinin qeyd edib ki, “İranın strategiyası regionda həm ABŞ-nin, həm də İsrailin təsirini gücləndirəcək”.

“İran strategiyası faktiki olaraq Amerikanın rolunu daha da aydınlaşdırır. Bu, onu azaltmayacaq. Biz həmçinin görəcəyik ki, İsrailin Fars körfəzində təsiri əksinə yox, daha nəzərəçarpan olacaq”, - deyə telekanal Qarqaşdan sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin