Ordu.az xəbər verir ki, bu barədə İranın ali dini liderinin baş müşaviri Əliəkbər Vəlayəti “X” sosial şəbəkəsində yazıb.
“Əgər Ağ Ev öz axmaq səhvlərini təkrarlamağa cəsarət etsə, tezliklə anlayacaq ki, qlobal enerji və ticarət axını bir hərəkətlə pozula bilər”, - deyə Vəlayəti bildirib.
İranın ali dini liderinin baş müşaviri rəqiblər üçün kiçik tarixi arayış da verib.
“Bir vaxt var idi ki, anqlosaksların əcdadları mağaralarda od axtarırdı, Böyük Dara isə Aralıq dənizini Qırmızı dəniz kanalı ilə birləşdirərək gəmiçiliyi asanlaşdırmışdı, İran bilikləri isə qlobal elmi tərəqqinin təməlini qoyurdu”, - deyə o qeyd edib.
Vəlayəti əlavə edib ki, ABŞ tarixi İrandan öyrənib, amma hələ hakimiyyətin coğrafiyasını başa düşməlidir.
Sevinc Əliyeva
Ordu.az