Ordu.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
“Qoy silahı olanlar onu yerə qoysunlar”, - deyə Roma Papası Pasxa bazar günü ənənəvi “Şəhərə və dünyaya” (Urbi et Orbi) müraciətində çağırış edib.
Müqəddəs Pyotr meydanında toplaşmış on minlərlə zəvvar qarşısında çıxış edən XIV Leo “müharibələr başlatmaq gücünə sahib olanları” sülhü seçməyə çağırıb.
O vurğulayıb ki, bu, “güclə qəbul etdirilmiş” sülh yox, dialoq yolu ilə əldə edilmiş sülh olmalıdır, “başqaları üzərində hökmranlıq etmək istəyi ilə deyil, onlarla üz-üzə görüşmək istəyi ilə” qurulan sülh.
Roma Papası həmçinin xəbərdarlıq edib ki, dünya “tədricən zorakılığa alışır”.
Onun sözlərinə görə, biz təkcə minlərlə insanın ölümünə deyil, həm də müharibənin doğurduğu “nifrət və parçalanma”ya, eləcə də onun “iqtisadi və sosial nəticələrinə” qarşı “laqeyd” oluruq.
Sevinc Əliyeva
Ordu.az