İran ABŞ-nin ikinci C-130 təyyarəsinin məhv edildiyini bəyan edib

2026/03/Ekran-1773143831.jpg
Oxunub: 541     17:50     05 Aprel 2026    
İran ABŞ Silahlı Qüvvələrinin ikinci C-130 hərbi nəqliyyat təyyarəsini vurub.

Ordu.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı məlumat yayıb.A

"İlkin məlumata və hadisə yerində ekspertlər tərəfindən aparılmış əlavə yoxlamalara əsasən, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsinin və iki "Black Hawk" helikopterinin məhv edildiyi müəyyən edilib", - bəyanatda deyilir.

Daha əvvəl İsfahandan cənubda C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   C-130  


Bizi "telegram"da izləyin