Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığından sonra Fitso bildirib ki, Aİ Rusiya ilə dialoqu bərpa etməlidir ki, üzv dövlətlər qaz və neftin çatışmayan həcmini bütün mənbələrdən, o cümlədən Rusiyadan ala bilsinlər.
Macarıstan və Slovakiya liderləri Moskva ilə münasibətlərin qorunub saxlanmasının tərəfdarıdırlar.
Neft qiymətləri fevralın 28-dən, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra kəskin artıb.
Bu isə Fars körfəzi ölkələrindən tədarükün gecikməsinə səbəb olub və Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neft təchizatı tarixində ən böyük fasilələri yaradıb.
Sevinc Əliyeva
Ordu.az