Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

2026/04/1775316466.jpg
Oxunub: 511     00:18     06 Aprel 2026    
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir.

Ordu.az xəbər verir ki, bu məlumatı "Al Jazerra" yayıb.

"2000-dən 3000-ə qədər gəmi Hörmüz boğazının arxasında qalıb və keçə bilmir", - məlumatda qeyd olunub.

"Lloyd's List"in məlumatlarına əsasən, martın 1-dən bəri Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb: "Gündəlik təxminən 100 gəmi keçirdi, lakin indi İran tərəfindən müəyyən edilmiş marşrutlarla yalnız bir neçə gəmi hərəkət edir".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. İranın Ali rəhbəri Əli Xamenei və bir neçə vəzifəli şəxs öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarını hədəf alıb. Hörmüz boğazı isə ABŞ, İsrail və bu ölkələrin müttəfiqləri üçün bloklanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin